Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Cənubi Qafqazda Orta Dəhlizin əasas iştirakçılarından olduğu üçün bütün Avropanın, eləcə də dünyanın diqqət mərkəzindədir

0

  •    Azərbaycan hal - hazırda özünün ən mühüm inkişaf dövrünü yaşayır desək, yanılmarıq. Ölkəmiz uzun illər onu narahat edən, ölkəmiz üçün ən ağrılı problemə çevrilmiş Qarabağ problemini öz gücünə mənfur düşmən üzərində parlaq qələbə çalaraq həll edib. Artıq ölkəmiz düşməni öz ərazilərimizdən qovub, sərhədlərini bərpa edib və düşmənə öz şərtlərini ardıcıllıqla qəbul etdirir. İndi iki ölkə arasında sülh danışıqları aparılır və bölgədə dayanıqlı sülhün yaranması üçün mühüm addımlar atılır. Bununla birlikdə işğaldan azad olunmuş Azərbaycan ərazilərində çox ciddi işlər görülür. Həmin ərazilərdə infrastruktur bərpa edilir, kommunikasiya xətləri çəkilir və əhalinin öz yurdlarına qayıtmaları üçün böyük inşaat işləri aparılır. Qısa zaman kəsiyində Böyük Qayıdışa start verilmişdir və əhalinin bir qismi artıq öz dədə - baba yurdlarına qayıtmış, əhalinin bir xeyli qismi isə doğma yurda qayıtmaq ərəfəsindədir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Göründüyü kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur. Bu inkişaf həm iqtisadi, həm siyasi, həm də mədəni sahədə özünü aydın şəkildə büruzə verməkdədir. Xüsusilə, son illər Ölkə Başçısı İlham Əliyevin xarici səfərlərini qeyd etmək yerinə düşərdi. Birmənalı şəkildə qeyd etmək olar ki, Ölkə Başçısı bu səfərlərin heç birindən əliboş dönmür, atılan bu mühüm diplomatik addımlar ölkəmizin inkişafına çox ciddi töhfələr verir. Müharibədən sonrakı dövrdə Azərbaycan Prezidenti Mərkəzi Asiya dövlətlərinə soxsaylı səfərlər etmiş və bu səfərlər ölkələrarası münasibətləri ən yüksək səviyyələrə qaldırmışdır . Əvvəllər bu ölkələr arasında yaranmış münasibətlər kövrək xarakter daşısa da, indi həmin münasibətlər olduqca möhkəmdir və həmin ölkələr beynəlxalq tribunalarda bir - birlərinin haqlı mövqelərini çox ciddi şəkildə müdafiə edə bilirlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan təkcə Mərkəzi Asiya dövlətləri ilə deyil, Avropa ölkələri ilə də çox ciddi münasibətlər qurmaqdadır. Bunu Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan, Rumıniya, İtaliya və sair Avropa ölkələrinə etdiyi səfərlərdən görmək mümkündür. Bu qəbildən olan səfərlərin biri də cari ilin may ayının 24 - də baş vermişdir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və onun xanımı, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva Litva respublikasına səfər etmişlər. Səfər zamanı yüksək səviyyədə qarşılanan Ölkə Başçısı bir çox görüşlər keçirtmiş, Litva respublikasının prezidenti cənab Nouseda ilə ölkələrarası münasibətlərin daha da möhkəmlənməsi üçün fikir mübadiləsi etmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Litva Respublikası ilə münasibətlərin yüksək səviyyəyə qaldırılması, Avropa İttifaqı ilə münasibətlərin möhkəmlənməsinə gətirib çıxaran mühüm məqamlardandır. Çünki, Litva Avropa İttifaqının üzvü olaraq həmin qurumda söz sahibidir. Azərbaycan Cənubi Qafqazda Orta Dəhlizin əasas iştirakçılarından olduğu üçün bütün Avropanın, eləcə də dünyanın diqqət mərkəzindədir. Ölkəmiz hal - hazırda Xəzər dənizini Qara dənizlə, Aralıq dənizi ilə birləşdirən nəqliyyat infrastrukturuna malikdir. Litva ilə əlaqələrin yüksək səviyyəyə qaldırılması artıq Xəzər dənizini Baltik dənizi ilə birləşdirən üçüncü nəqliyyat infrastrukturunun yaranmasına gətirib çıxaracaq və bu layihədən hər iki ölkənin iqtisadiyyatı çox yüksək fayda görəcəkdir. Ümumiyyətlə, Azərbaycan Prezidenti tərəfindən siyasi uzaqgörənliklə həyata keçirilən bu kimi addımlar ölkəmizin bütün sahələrdə inkişafına və siyasi arenada daha möhkəm mövqe tutmasına xidmət edir.​ ​ ​ ​ ​Ələddin Əhmədov,​Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib43 dəfə
    Azərbaycan Cənubi Qafqazda Orta Dəhlizin əasas iştirakçılarından olduğu üçün bütün Avropanın eləcə dünyanın diqqət mərkəzindədir

    Maraqlı gələ bilər
    55
    56
    128